
daha gəlirli olsun
& Qlobal Bədən Dili Eksperti


Biznes Strategiyası| Liderlik
& Qlobal Bədən Dili Eksperti
Harvard Business School məzunu, peşəkar biznes idarəedicisi olaraq, 15 ildən çoxdur ki, strateji idareetmə, satış, marketinq və müştəri əlaqələri sahəsində Azərbaycanın aparıcı şirkətlərində, eləcə də Kazaxstan, Gürcüstan və Özbəkistan kimi müxtəlif ölkələrdə idarəetmə təcrübəsi qazandım. Rəhbərlik etdiyim bizneslərdə böyüməni sürətləndirən strategiyalar quraraq, gəlir axınlarını gücləndirib bazar mövqeyini möhkəmləndirmişəm.
Eyni zamanda, beynəlxalq bədən dili üzrə ekspert olaraq (Moskvada Kinetik İntellekt və Amerikada Joe Navarro Akademiyası), təkcə fərdi imic və inam yaratmaqla kifayətlənmir, həm də işinizin ilk təəssüratını gücləndirərək, müştəriləriniz və tərəfdaşlarınızla əlaqələrinizi daha təsirli və etibarlı təqdim etmək – fəaliyyətimin əsas istiqamətidir.
Biznes
Bədən Dili
Satış Ustalıqdır
Satış sahəsində yolum, real bazar təcrübəsi və illərlə formalaşmış strateji düşüncə ilə ölçülür. Artıq 15 ildən çoxdur ki, həm topdan, həm də pərakəndə satışın bütün mərhələlərindən keçmişəm – birbaşa satıcı…
Biznes Konsaltinq
Şirkətinizin satışları niyə istədiyiniz kimi inkişaf etmir? İdarəetmə və marketinq sahələrində qarşılaşdığınız çətinliklər nələrdir? Bu suallar sizin üçün aktualdırsa, sizin şirkətinizin xüsusiyyətlərinə uyğun fərdi və effektiv həllər təqdim edirik.
İllik peşəkar təcrübə
Müştəri Nə Deyir

Uşaqların biznesə ilk addımı haqqında seminar. 2 saat. Seminar çox uğurlu keçdi və uşaqlarda ibtidai dildə biznesi necə anlamalı təfəkkürü formalaşdı
.

Asan İnnovativ İnkişaf Mərkəzi və İnci Ünsiyyət Klubu üçün Kinetik İmic mövzusunda təlim. 1 gün.
Təlimdə iştirakçılara ətrafınızdakı insanlar sizi gördüyündə onların beynində hansı təəssürat yaranır, jestləriniz, duruşunuz, addımlarınız sizin haqqınızda nə danışır, bədən diliniz münasibətlərə, karyeraya və maddı uğurlara necə təsir edir haqqında maraqlı bilgilər ötürüldü.

Pasha Pay-in M10 əməkdaşları üçün motivasiya danışmanlığı. 2 saat.
PashaPay-in gənc əməkdaşları və könüllüləri üçün keçirdiyiniz bədən dili təlimi çox faydalı və səmərəli olmuşdur.Bu sessiya karyerasına yeni başlayan gənclərin daxili güclərini kəşf etmələrinə, özlərinə inanmaqlarına, özlərini düzgün ifadə etmələrinə təkan oldu.Həmçinin sizin simanızda gənc həmkarlarımız düzgün bədən dili, duruş necə olmalıdır və daxili enerjini necə düzgün yönəltmələri barədə biliklərə yiyələndilər. Karyeralarının başlanğıcında olan həmkarlarımıza verdiyiniz töhfə üçün sizə minnətdarıq.

Təlim İşə Götürmə Departamenti üçün (Recruiter) keçirilmişdir. 2 gün.
Namizədləri müşahidə etmək lazım olduğunu, bədən dili və sözlər bir biri ilə ziddiyyət təşkil edirsə bədən dilinə, kinetikada hərəkətlərin biliçli olmasını, insanların bizi ilk saniyədə qiymətləndirməsini anladıq. Workshopun çox olması yaxşı idi.

Korporativ Satış Departamenti üçün Bədən Dili/Kinetik Intellekt təlimi keçirilmişdir. 3 gün.
Sorğu nəticəsində təlimin teoretik və praktik dəyərləndirilməsi 95% təşkil etmişdir. Təlim müddətinin daha çox olmasını istərdik.

Bu təhlil mənim üçün çox dəyərli oldu. Təhlil nəticəsində özümü daha güclü hiss etməyə başladım. İndiyə qədər rəhbər olaraq bir az daha sərt və soyuqqanlı yanaşırdım, amma indi daha açıq və liderlik bacarıqlarımı daha effektiv istifadə etməyə başladım. Həm işçi heyətim, həm də müştərilərimlə əlaqə qurmaqda daha rahatam və onlarla ünsiyyətim əvvəlkindən daha səmimi və inandırıcıdır. Bu təhlil mənə çox vacib fərdi inkişaf nöqtələri təqdim etdi
Şirkət Rəhbəri

Bir neçə il sosial mediada fəaliyyət göstərirəm, amma təhlil nəticəsində özüm haqqında fərqli bir şey kəşf etdim. Kameraya qarşı olan təbii duruşumu və jestlərimi daha diqqətli şəkildə idarə etməyə başladım. İnsanlar mənim daha pozitiv və güvənli olduğumu hiss edirlər. Kinetik təhlil mənim davranışlarımı və bədən dilimi daha da optimallaşdırmağa kömək etdi, bu da izləyicilərimlə əlaqəmizi möhkəmləndirdi.
İctimai Sima

Satış mənim işimdir və insanları anlamaq çox vacibdir. Kinetik təhlil nəticəsində özümü daha təsirli və inandırıcı hiss etməyə başladım. İnsanların bədən dilini oxumaqda daha ustalaşdım, özümün də daha açıq və güvən verici olduğunu görürəm. Bu dəyişikliklər satışlarımda müsbət nəticələr verdi, müştərilərimlə daha yaxın münasibətlər qururam və ticarət əlaqələrim daha da güclənib.
Satış Direktoru

Müştərilərimlə ünsiyyətimə çox önəm verirəm, amma bədən dilini doğru idarə etməyi heç vaxt o qədər düşünməmişdim. Təhlil nəticəsində öz bədən dilimi, xüsusilə əl hərəkətlərimi və duruşumu daha yaxşı idarə etməyə başladım. Müştərilərim indi mənimlə daha rahat ünsiyyət qururlar və onları daha yaxşı başa düşürəm. Bu, işimə həm də özümə olan inamımı artırdı.
Bərbər

Mənə daha çox insanın baxışını qazanmaq lazım idi, amma bədən dilinin bu qədər vacib olduğunu heç düşünməmişdim. Kinetik təhlil mənə öz bədən dilimi daha yaxşı istifadə etməyi öyrətdi. Artıq videolarımda və yazılarımda daha rahatam, izləyicilərim mənə daha çox yaxınlaşır və paylaşımlarımı daha çox qiymətləndirirlər. Təhlil, həqiqətən, onlayn təsirimi artırdı.
Blogger
Fərdi Kinetik Təhlil Sizə Nə Vəd Edir?
İnsanlar sizi ilk dəfə görəndə nə hiss edirlər? Sizcə, bu hiss doğru mesajdırmı?
Sizin susduğunuz anlarda bədəniniz nə danışır?
Emosiyalarınızı idarə etdiyinizi düşünürsünüz, bəs bədən diliniz sizi ələ vermirmi?
İclaslarda və çıxışlarda görünürsünüz, yoxsa hiss etdirirsiniz?
Tanış olduğunuz insanlar sizi yadda saxlayır, yoxsa unudur?
Gərginlik anında sizdən əvvəl hansı hərəkətiniz danışır?
Video Təhlil Seansda:
Görüşdən əvvəl təqdim etdiyiniz video üzərində ilkin təhlil
Sosial şəbəkələrdəki davranışlarınızın analizi
Canlı görüş zamanı kinetik davranışların müşahidəsi və geribildirim (2-3 saat)
Yerində video təhlil və fərdi qeydlər
Görüşdən sonra yazılı təhlil və yol xəritəsi
14 gün ərzində online müşayiət və dəstək
Kimlər müraciət edə bilər?
Özünü Sevən Hər Kəs!!!
Fərdi inkişafını ön planda tutan hər kəs!
Pozitiv və peşəkar bir imicə sahib olmaq istəyənlər!
İnsanlarla münasibətlərini daha müsbət və səmimi qurmaq istəyənlər
Liderlər və Sahibkarlar: İdarəetmə bacarıqlarını inkişaf etdirərək daha güclü və təsirli qərarlar vermək istəyənlər
Siyasi və İctimai Şəxslər: İctimaiyyətlə ünsiyyət qurarkən özünü daha yaxşı ifadə etmək və təsir yaratmaq istəyən şəxslər.
Peşəkarlar və Təlimçilər: Öz sahələrində daha inamlı və effektiv olmaq istəyən ekspertlər.
Satış və Müştəri Xidmətləri Sahibləri: Mükəmməl satış bacarıqları və müştəri əlaqələrini qurmaq üçün bədən dilindən maksimum faydalanmaq istəyənlər.
Bloggerlər və Influencer-lər: Onlayn platformalarda daha cəlbedici və təsirli olmaq, izləyicilərlə güclü bağlar qurmaq istəyənlər.
Kinetik təhlildə bütün konfidensiallıq qorunur
