Prior Lizinq şirkətinin həm back-office komandasına, həm də filial müdirlərinə yönəlik 4 günlük intensiv təlim proqramı keçirildi. Təlimin əsas mövzusu Bədən Dilinin Biznesdəki Rolu idi. Proqram çərçivəsində liderlikdə, müştəri münasibətlərində və komandadaxili ünsiyyətdə bədən dilinin strateji istifadəsi üzrə praktiki sessiyalar təşkil olundu.