“Təsirli Bədən Dili və Satış Strategiyası” – 1 aylıq təlim proqramı İştirakçılar üçün 1 ay davam edən dərslər təşkil olundu. Proqram çərçivəsində emosional zəkanın satışdakı rolu, müştəri psixologiyası, qeyri-verbal dominantlıq siqnalları və müəllifi olduğum K.I.N.E.T.I.K.™️ modeli nəzəri və praktiki aspektlərdə öyrədildi. Bu kursun sonunda iştirakçılar satışa yeni baxış formalaşdırdılar – artıq onlar yalnız məhsul deyil, təəssürat və mövqe satmağı bacarırlar.