Bədən Dili ilə Təsirini Qalıcı Et — sözlərlə deyil, duruşla yadda qalmaq haqqında idi.
Biznes Mərkəzi Klub-un təşkilatçılığı ilə keçirilən bu master-klassda iştirakçılarla qeyri-verbal siqnalların təsir gücünü, ilk təəssüratın qurulma anatomiyasını və bədən dili ilə emosional iz buraxma texnikalarını birlikdə araşdırdıq.
Tədbirin əsas mövzularından bəziləri:
– “Görünmədən ötürülən mesajlar”: Bədən necə danışır?
– Liderlik duruşu və hakimiyyət jestləri
– Təsirli təqdimat zamanı kinetik fokuslar
– Davranışın yaddaşda necə iz buraxdığı
Tədbirdəki suallar, misallar və real situasiya oyunları sübut etdi ki, doğru kinetik siqnallar – yalnız indiki anı yox, gələcək münasibətləri də formalaşdırır.
Təşkilatçılara təşəkkür edir, iştirakçılara isə uğurla tətbiq ediləcək jestlər arzulayıram!