ABB Invest komandası ilə 4 gün ərzində xüsusi təlim proqramı həyata keçirdik.
Təlim çərçivəsində “Kinetika və Bədən Dilinin Peşəkar Mühitdə Tətbiqi” və “Satış və Liderlikdə Bədən Dilinin İnteqrasiyası” mövzuları üzərində işlədik.
Bu gün biznes dünyasında rəqəmlər qədər emosiyalar və insan davranışları da nəticələri müəyyənləşdirir. ABB Invest əməkdaşları ilə keçirdiyimiz sessiyalarda bədən dilinin liderlikdə, müştəri münasibətlərində və satış psixologiyasında necə strateji alətə çevrilə biləcəyini praktiki olaraq sınadıq.
İştirakçıların fəallığı, real situasiya üzərində apardığımız simulyasiyalar və paylaşdığımız qlobal təcrübələr göstərdi ki, güclü nəticə yalnız biliklə deyil, onun tətbiqi ilə formalaşır.
ABB Invest komandasına bu peşəkar yanaşmaya görə təşəkkür edirəm!