Skip to content Skip to sidebar Skip to footer

Satış sahəsində yolum, real bazar təcrübəsi və illərlə formalaşmış strateji düşüncə ilə ölçülür.

Artıq 15 ildən çoxdur ki, həm topdan, həm də pərakəndə satışın bütün mərhələlərindən keçmişəm – birbaşa satıcı masasının arxasından başlayaraq, rəhbər səviyyəsində strateji qərarların verilməsinə qədər.

Bu illər ərzində mürəkkəb bazar şərtləri, dəyər təkliflərinin düzgün formalaşdırılması, komanda motivasiyasının qurulması, alıcı psixologiyasının doğru oxunması və satış hədəflərinə sistemli şəkildə çatmaq kimi sahələrdə dərin bilik və vərdişlər qazanmışam.

Təcrübəmi daha da möhkəmləndirmək məqsədilə Harvard Business School-da strateji idarəetmə və qərarvermə mexanizmləri üzrə akademik təhsil almış, qlobal satış taktika və yanaşmalarını dərindən öyrənmişəm.

Bu illər ərzində qazandığım yerli və beynəlxalq satış təcrübəsini yalnız öz uğurlarımla məhdudlaşdırmaq istəmirəm. İstəyirəm ki, bu biliklər başqalarına da fayda versin – yol göstərsin, motivasiya etsin, dəstək olsun.

Əgər siz də satış komandalarınız üçün fərqli baxış, real nümunələr və illərlə sınanmış metodik yanaşma axtarırsınızsa, randevu teyin edin.

Güclü addımlarla uğurlu gələcək.

+994 50 635 33 37

anarheydarov.com © 2025. Bütün hüquqlar qorunur