Bədən Dili Üzrə Təlimlər

Fərdi müştərilər üçün – "Bədən dilini anlamaq sizi daha güclü edir"

Bədən Dili Konsultasiyaları
Xidmət Format Müddət Məzmun
Bədən dili üzrə fərdi konsultasiya Ofis və ya online 60 dəq Fərdin şəxsi istəyinə görə case işlənilə bilər və ya ümumi bədən dili analiz oluna bilər.
VIP bədən dili konsultasiyası (iş adamları, liderlər, məşhur simalar üçün) 1 aylıq (4 sessiya) 4×90 dəq Şəxsin liderlik mövqeyində olması yanaşmanı daha dərin, strateji və kompleks edir: iş dünyasında xüsusi situasiyalarda və yüksək təzyiq altında necə bədən dili ilə təsir yaratmaq lazım olduğu kimi xüsusi məqamlar üzərində də dayanılır.
Xüsusi analiz (video və foto üzərindən analiz) Online və ya ofisdə təqdimat 45 dəq Bu xidmət, müştərinin bədən dili davranışlarını ətraflı şəkildə incələmək üçün video və ya foto görüntülərindən istifadə edilərək həyata keçirilir. Fərdi görüşülmür. Müştəriyə fərdi yanaşma ilə onun bədən dili mövqeləri və siqnalları barədə analiz nəticəsi təqdim olunur.

Korporativ müştərilər üçün – "Bədən dili biznesin gizli gücüdür."

Təlimlər
Təlim Format Müddət Məzmun
Satış (B2B, B2C) komandasının bədən dili Ofisdə 2 günlük (total 6 saat, qrup) Satış komandası üçün bədən dili təlimi, müştəri davranışlarını düzgün oxumaq və əlaqə qurmaq bacarığı ilə satış effektivliyini artıracaq. Bu təlim, komandaya müştəri ehtiyaclarını anlamaqda və doğru reaksiyalar verməkdə üstünlük qazandıracaq.
Liderlərin Bədən dili Ofisdə 2 günlük (total 6 saat, qrup) Liderlər üçün bədən dili təlimi, effektiv liderlik və komanda idarəetməsində güclü təsir yaratmağa imkan verəcək. Bu təlim, liderlərin sözsüz ünsiyyət vasitəsilə möhkəm inam və etibar qurma qabiliyyətini inkişaf etdirəcək.
Bədən Dilinin Korporativ mədəniyyətdə rolu Ofisdə 1 gün (4 saat, qrup) Şirkətin bütün işçiləri üçün effektiv ünsiyyətin gücləndirilməsi. Bu təlim, komanda daxilində sağlam iş münasibətlərinin qurulmasına, problemlərin daha sürətli həllinə və daha səmərəli əməkdaşlığa dəstək olacaq.
Top Menecerlərin Bədən Dili Ofisdə 2 gün (5-10 nəfər VIP qrup) Top menecerlər bu təlimdə liderlik bacarıqlarını gücləndirəcək, həmçinin təşkilati hədəflərə daha effektiv şəkildə çatmaq üçün qeyri-şifahi ünsiyyət vasitələrini inkişaf etdirəcəklər. Bu, onların komanda idarəetmə və müştəri münasibətlərində daha yüksək nəticələr əldə etmələrinə kömək edəcək.