Biznes Konsaltinq
Bədən Dili
Biznes Konsaltinq
Biznes Konsaltinq və İdarəetmə Strategiyası
- Biznesin mövcud vəziyyətinin analizi və inkişaf strategiyası
- Şirkətin güclü və zəif tərəflərinin diaqnostikası, bazar mövqeləndirilməsi.
- Rəqabət üstünlüyü yaratmaq
- Şirkətin bazarda unikal olmasını təmin edən dəyərlərin və fərqləndirici xüsusiyyətlərin üzə çıxardılması.
- İdarəetmə sistemlərinin təkmilləşdirilməsi
- Əməliyyat effektivliyi, maliyyə optimizasiyası və daxili proseslərin sistemləşdirilməsi.
- Satış sisteminin qurulması və optimallaşdırılması
- Doğru satış kanallarının seçilməsi, komandanın performansının artırılması. (pərakəndə/topdan)
- Müştəri əlaqələrinin idarə edilməsi (CRM strategiyası)
- Müştəri sadiqliyini artırmaq və təkrarlanan satışlar üçün strategiyalar.
- Danışıqlar və qiymət strategiyaları
- Satış psixologiyası, effektiv danışıqlar və qiymət modeli siyasətinin müəyyən edilməsi (MU/Margin).
- İdarəetmə və liderlik təlimləri
- Orta və yüksək səviyyəli menecerlər üçün effektiv idarəetmə metodologiyaları (yerli və beynəlxalq təcrübə hibridi)
- Motivasiya və komanda effektivliyi
- Komandanın iş performansını artırmaq və daxili mədəniyyəti gücləndirmək (KPI sisteminin formalaşdırılması. Pərakəndə/Topdan)
- Fərdi Biznes Mentorluğu
- Şəxsi inkişaf və liderlik bacarıqlarının gücləndirilməsi üçün hər bir sahibkara və rəhbərə uyğun fərdi yanaşmalar təqdim edilir
Bədən Dili
Bədən Dili Üzrə Təlimlər
Fərdi müştərilər üçün – "Bədən dilini anlamaq sizi daha güclü edir"
Xidmət | Format | Müddət | Məzmun |
---|---|---|---|
Bədən dili üzrə fərdi konsultasiya | Ofis və ya online | 60 dəq | Fərdin şəxsi istəyinə görə case işlənilə bilər və ya ümumi bədən dili analiz oluna bilər. |
VIP bədən dili konsultasiyası (iş adamları, liderlər, məşhur simalar üçün) | 1 aylıq (4 sessiya) | 4×90 dəq | Şəxsin liderlik mövqeyində olması yanaşmanı daha dərin, strateji və kompleks edir: iş dünyasında xüsusi situasiyalarda və yüksək təzyiq altında necə bədən dili ilə təsir yaratmaq lazım olduğu kimi xüsusi məqamlar üzərində də dayanılır. |
Xüsusi analiz (video və foto üzərindən analiz) | Online və ya ofisdə təqdimat | 45 dəq | Bu xidmət, müştərinin bədən dili davranışlarını ətraflı şəkildə incələmək üçün video və ya foto görüntülərindən istifadə edilərək həyata keçirilir. Fərdi görüşülmür. Müştəriyə fərdi yanaşma ilə onun bədən dili mövqeləri və siqnalları barədə analiz nəticəsi təqdim olunur. |
Korporativ müştərilər üçün – "Bədən dili biznesin gizli gücüdür."
Təlim | Format | Müddət | Məzmun |
---|---|---|---|
Satış (B2B, B2C) komandasının bədən dili | Ofisdə | 2 günlük (total 6 saat, qrup) | Satış komandası üçün bədən dili təlimi, müştəri davranışlarını düzgün oxumaq və əlaqə qurmaq bacarığı ilə satış effektivliyini artıracaq. Bu təlim, komandaya müştəri ehtiyaclarını anlamaqda və doğru reaksiyalar verməkdə üstünlük qazandıracaq. |
Liderlərin Bədən dili | Ofisdə | 2 günlük (total 6 saat, qrup) | Liderlər üçün bədən dili təlimi, effektiv liderlik və komanda idarəetməsində güclü təsir yaratmağa imkan verəcək. Bu təlim, liderlərin sözsüz ünsiyyət vasitəsilə möhkəm inam və etibar qurma qabiliyyətini inkişaf etdirəcək. |
Bədən Dilinin Korporativ mədəniyyətdə rolu | Ofisdə | 1 gün (4 saat, qrup) | Şirkətin bütün işçiləri üçün effektiv ünsiyyətin gücləndirilməsi. Bu təlim, komanda daxilində sağlam iş münasibətlərinin qurulmasına, problemlərin daha sürətli həllinə və daha səmərəli əməkdaşlığa dəstək olacaq. |
Top Menecerlərin Bədən Dili | Ofisdə | 2 gün (5-10 nəfər VIP qrup) | Top menecerlər bu təlimdə liderlik bacarıqlarını gücləndirəcək, həmçinin təşkilati hədəflərə daha effektiv şəkildə çatmaq üçün qeyri-şifahi ünsiyyət vasitələrini inkişaf etdirəcəklər. Bu, onların komanda idarəetmə və müştəri münasibətlərində daha yüksək nəticələr əldə etmələrinə kömək edəcək. |