15 illik beynəlxalq təcrübəyə əsaslanaraq, satış, idarəetmə, marketinq və komanda idarəetmə sahələrində yüksək keyfiyyətli təlimlər təqdim edirəm. Moskva və ABŞ-da bədən dili üzrə təhsil almışam və bu sahədəki müasir yanaşmalarla işgüzar ünsiyyəti və liderlik bacarıqlarını inkişaf etdirirəm. Təlimlərim, iştirakçılara effektiv satış, idarəetmə və komandaların motivasiyasını artırmaq üçün nəzərdə tutulub.
ABB
Kapital Bank
Pasha Pay
Asan İnnovativ İnkişaf Mərkəzi
Landau School
Mastercard
Prior Lizing
Ram Holding
Qlobal Bədən Dili Akademiyası
Veysəloğlu Şirkətlər Qrupu
ABB
Kapital Bank
Pasha Pay
Asan İnnovativ İnkişaf Mərkəzi
Landau School
Mastercard
Dünya maliyyə brendi MasterCard komandasına 3 günlük strateji təlim proqramı təqdim etdim. Proqram çərçivəsində Emosional Zəkanın Liderlikdə Rolu, Bədən Dilinin Strateji Əsasları və Razılaşma Psixologiyası mövzularında dərinləşdirilmiş sessiyalar keçirildi. Təlim, qlobal standartlara uyğun olaraq danışıqlar, liderlik və komanda ünsiyyətində effektivliyin gücləndirilməsinə yönəldi.
Prior Lizing
Prior Lizinq şirkətinin həm back-office komandasına, həm də filial müdirlərinə yönəlik 4 günlük intensiv təlim proqramı keçirildi. Təlimin əsas mövzusu Bədən Dilinin Biznesdəki Rolu idi. Proqram çərçivəsində liderlikdə, müştəri münasibətlərində və komandadaxili ünsiyyətdə bədən dilinin strateji istifadəsi üzrə praktiki sessiyalar təşkil olundu.
Ram Holding
RAM Holding-in beş şirkətinin satış rəhbərləri və direktorları üçün intensiv təlim təşkil olundu. “Təsirli Bədən Dili və Satış Strategiyası” mövzulu proqram çərçivəsində emosional zəkanın satışdakı rolu, müştəri psixologiyası, qeyri-verbal dominantlıq siqnalları və satışın ən müasir yanaşmaları nəzəri və praktiki aspektlərdə dərinliklə təhlil edildi
Qlobal Bədən Dili Akademiyası
“Təsirli Bədən Dili və Satış Strategiyası” – 1 aylıq təlim proqramı İştirakçılar üçün 1 ay davam edən dərslər təşkil olundu. Proqram çərçivəsində emosional zəkanın satışdakı rolu, müştəri psixologiyası, qeyri-verbal dominantlıq siqnalları və müəllifi olduğum K.I.N.E.T.I.K.™️ modeli nəzəri və praktiki aspektlərdə öyrədildi. Bu kursun sonunda iştirakçılar satışa yeni baxış formalaşdırdılar – artıq onlar yalnız məhsul deyil, təəssürat və mövqe satmağı bacarırlar.
Veysəloğlu Şirkətlər Qrupu